AZ

İşsizlikdən və icbari tibbi sığorta haqları üzrə daxilolmalar proqnozu üstələyib

ain.az bildirir, Apa.az portalına istinadən.

Bu ilin yanvar-fevral aylarında işsizlikdən sığorta haqları üzrə daxilolmalar 37,3 milyon manata yaxın təşkil edib, proqnozdan əlavə 1,5 mln. manata yaxın vəsait ödənilib.

"APA-Economics" Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 29,9 milyon manatı ötüb.

İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 163,3 milyon manatdan çox olub, proqnozdan əlavə 5,5 mln. manatdan artıq vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 115,7 milyon manata yaxın olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
95
6
apa.az

4Mənbələr