AZ

Polşadan vətəndaşlarına Türkiyə xəbərdarlığı

Polşa Xarici İşlər Nazirliyi Türkiyədəki vətəndaşlarına Suriya, İraq və İran sərhədinə 30 kilometr məsafədə yerləşən Hatay, Kilis, Qaziantep, Şanlıurfa, Mardin, Şırnak, Hakkari, Van, Ağrı və İğdır vilayətlərinə səyahət etməməyi tövsiyə edib.

"Cebheinfo.az" xəbər verir ki, Polşanın Ankara Səfirliyi Polşa Xarici İşlər Nazirliyinin Türkiyədəki vətəndaşlarına yönəlmiş səyahət xəbərdarlığını paylaşıb:

"Xarici İşlər Nazirliyi Suriya, İraq və İran sərhədinə 30 km məsafədəki bölgələrdə yerləşən - Hatay, Kilis, Qaziantep, Şanlıurfa, Mardin, Şırnak, Hakkari, Van, Ağrı və İğdır vilayətlərinə hər növ səyahətdən çəkinməyi tövsiyə edir". 

Seçilən
48
1
cebheinfo.az

2Mənbələr