Nazirlər Kabineti 13 aprel 2005-ci il tarixli “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.
KONKRET.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.
Qərara əsasən, qurumların təşkili, qeydiyyatı, yenidən təşkili, məhkəmənin yekun qərarı ilə cinayət-hüquqi tədbir qismində hüquqi şəxsin iflas prosesində olması barədə məlumat dövlət reyestrinə daxil ediləcək.
X X X
Nazirlər Kabineti “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri”ni təsdiqləyib.
KONKRET.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərarın mətni açıqlanmayıb.
X X X
“Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi təhlükəsi ilə əlaqədar həyata keçiriləcək profilaktika və təhlükəsizlik tədbirləri barədə əhalinin maarifləndirilməsi və məlumatlandırılması Qaydası” təsdiq edilib.
KONKRET.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.