AZ

BƏƏ İranın milyardlarla dollarlıq aktivlərini DONDURUR

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın zərbələrinə cavab olaraq ölkənin milyardlarla dollarlıq aktivlərini dondura bilər.

Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.

BƏƏ ölkədə qeydiyyatdan keçmiş İranın gizli şirkətlərinin aktivlərinin və İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli hesabların dondurulmasını müzakirə edir.

Bundan əlavə, ölkə İrana gizli şəkildə pul köçürülən valyutadəyişmə məntəqələrində genişmiqyaslı yoxlamalar başlada bilər (İran şirkətləri sanksiyalardan yayınmaq üçün BƏƏ-dən istifadə edirlər).

Nəşr vurğulayır ki, əgər ölkə bu addımı atsa, Tehranın xarici valyutaya və qlobal ticarət şəbəkələrinə çıxışını əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq, çünki onsuz da inflyasiyadan əziyyət çəkən daxili iqtisadiyyatı hazırda hərbi münaqişəyə qərq olub.

Musavat.com

Seçilən
104
musavat.com

1Mənbələr