AZ

ABŞ müharibəyə gündəlik 900 milyon dollar xərcləyir

ABŞ-nin İrana qarşı apardığı müharibə Vaşinqtona gündə təxminən 891,4 milyon dollara başa gəlir

Ölkə.Az xəbər verir ki, bu barədə CNN analitik mərkəzlərin və ekspertlərin hesablamalarına istinadən məlumat yayıb.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) proqnozuna görə, gələcəkdə daha ucuz sursatlardan istifadə və İranın raket və pilotsuz aparat ehtiyatlarının azalması fonunda xərclər müəyyən qədər azala bilər. Lakin ümumi məbləğ əməliyyatların intensivliyindən və İranın cavab addımlarının effektivliyindən asılı olacaq.

Telekanal müharibənin gündəlik xərclərini belə bölür:

  • Aviasiya: gündə 30 milyon dollar

    • yanacaqdaşıyan və yük təyyarələri – 9 milyon dollar

    • aviadaşıyıcı gəminin hava qrupu – 5 milyon dollar

    • qırıcı təyyarələr – hər biri təxminən 5 milyon dollar

  • Hərbi-dəniz qüvvələri: gündə 15 milyon dollar

    • aviadaşıyıcı gəmi – 6 milyon dollar

    • esmines – 5 milyon dollar

  • Quru əməliyyatları: gündə 1,6 milyon dollar

    • artilleriya briqadası – 1 milyon dollar

    • Milli Qvardiyanın batalyonu – 1 milyon dollardan az

CNN qeyd edir ki, ötən il İranın nüvə obyektlərinə qarşı həyata keçirilən “Midnight Hammer” (“Gecəyarısı çəkici”) əməliyyatı daha ucuz başa gəlib. İlk 100 saatlıq döyüş əməliyyatlarının dəyəri 2,04–3,7 milyard dollar arasında qiymətləndirilir. Bu əməliyyat zamanı 7 ədəd B-2 bombardmançısı, 40 ədəd 30 tonluq MOP bombası24 “Tomahawk” raketi istifadə olunub.

Ekspertlərin hesablamasına görə, hazırkı müharibənin ümumi dəyəri onun müddətindən və arxa cəbhə əməliyyatlarının miqyasından asılı olaraq 40 milyard dollardan 95 milyard dollara qədər çata bilər.

Pensilvaniya Universitetinin iqtisadçısı Kent Smetters bildirib ki, bu xərclər İranın nüvə silahı əldə etməsi və istifadə etməsi nəticəsində yarana biləcək itkilərlə müqayisədə çox kiçikdir:

“Bu gün danışdığımız xərclər İranın nüvə silahı əldə etməsi və istifadə etməsi halında yaranacaq zərərin yanında çox kiçik görünür. Həmin zərər trilyonlarla dollarla ölçülə bilər”.

Seçilən
77
olke.az

1Mənbələr