AZ

Ərdoğan İtaliyanın Baş naziri ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Giorgia Meloni ilə telefon danışığı aparıb.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, liderlər Türkiyə ilə İtaliya arasında ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələləri, o cümlədən bölgədəki münaqişənin gedişatını müzakirə ediblər.

Görüş zamanı Türkiyə Prezidenti Türkiyə-İtaliya əməkdaşlığının bütün sahələrdə, xüsusən də ticarətdə daha da inkişaf etdirilməsi üçün çalışdıqlarını bildirib.

Ərdoğan Türkiyənin İrandakı hadisələri və onların bölgədəki təsirlərini yaxından izlədiyini və qeyri-sabitliyi artıracaq addımlardan çəkinmək üçün bütün tərəflərə lazımi məsləhətlərin verildiyini qeyd edib.

O, diplomatik münasibətlərin gücləndirilməsinin tərəfdarı olduğunu, beynəlxalq ictimaiyyətin bunun üçün birlikdə səylərinin vacibliyini diqqətə çatdırıb və münaqişə prosesinin qlobal təhlükəsizlik üçün risklər yaratdığını deyib."Bölgəmizdə və dünyada baş verən münaqişələr NATO müttəfiqləri arasında, xüsusən də müdafiə sənayesində əməkdaşlığın artırılmasının vacibliyini bir daha ortaya qoyur",-Türkiyə lideri vurğulayıb.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
124
missiya.az

1Mənbələr