AZ

Qubada məktəblilərə narkomaniya və erkən nikahın təhlükələri izah edildi

Quba Rayon Polis Şöbəsi tərəfindən 2 saylı tam orta məktəbdə narkomaniya və erkən nikaha qarşı maarifləndirici tədbir keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə iştirak edən Quba RPŞ-nin rəisi, polis polkovniki Mehman Əliyev çıxış edərək bildirib ki, gənclərin zərərli vərdişlərdən uzaq olması, təhsilə və düzgün həyat tərzinə üstünlük verməsi cəmiyyətin gələcəyi üçün olduqca vacibdir. O, həmçinin gəncləri qanunlara hörmətlə yanaşmağa və vətənə faydalı vətəndaş olmağa çağırıb.

Görüş zamanı məktəblilərlə narkotik vasitələrin insan sağlamlığına və cəmiyyətə vurduğu zərərlər, həmçinin erkən nikahın yaratdığı sosial və hüquqi problemlər barədə danışılıb.

Seçilən
102
3
publika.az

4Mənbələr