Dünyaca məşhur pop ulduz Britni Spirs avtomobil idarə edərkən polis tərəfindən saxlanılıb.
Musavat.com bildirir ki, Kaliforniyada baş verən hadisədən sonra müğənni spirtli içkinin təsiri altında olmaq şübhəsi ilə saxlanılıb.
Cümə axşamı səhəri sərbəst buraxılan müğənninin mayın 4-də məhkəmə qarşısına çıxması planlaşdırılır.
Spirsin nümayəndəsi açıqlama yayıb:
"Bu, bədbəxt hadisə idi. Britni düzgün addımlar atacaq və qanuna tabe olacaq. Ümid edirəm ki, bu, Britninin həyatında baş verməli olan çoxdan gözlənilən dəyişikliyin ilk addımıdır. Ümid edirəm ki, bu çətin dövrdə ehtiyac duyduğu köməyi və dəstəyi ala biləcək".
Britni Spirsin oğulları ilə daha çox vaxt keçirdiyi, həmçinin instaqram hesabını bağladığı bildirilib.
Könül
Musavat.com