Bakı. Trend:
2026-cı ilin yanvar-fevral ayları ərzində İqtisadiyyat Nazirliyiyanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 3 milyardmanatdan çox vergi daxil olub ki, bu da proqnozdan 79,4 milyonmanat çoxdur.
Trend bubarədə dövlət xidmətinə istinadən xəbər verir.
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 2 milyard 286,5milyon manatdan çox olub və büdcəyə proqnozdan əlavə 69,6 milyonmanat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən busektordan vergi daxilolmaları 172,4 milyon manat və ya 8,2 faizartıb.
2026-cı ilin yanvar-fevral aylarında məcburi dövlət sosialsığorta haqları üzrə daxilolmalar 1 milyard 19,8 milyon manatdançox olub, proqnozdan əlavə 20,8 mln. manata yaxın vəsait ödənilib.Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 706,1 milyon manatdançox olub.
Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 37,3milyon manata yaxın təşkil edib, proqnozdan əlavə 1,5 mln. manatayaxın vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar29,9 milyon manatı ötüb.
İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 163,3milyon manatdan çox olub, proqnozdan əlavə 5,5 mln. manatdan artıqvəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 115,7milyon manata yaxın olub.