AZ

“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib (FOTO/VİDEO)

Bakı. Trend:

05 mart 2026-cı il tarixində Daş Salnamə Muzeyində Heydər ƏliyevFondunun və “AzerGold” QSC-nin dəstəyi, AMEA-nın Arxeologiya vəAntropologiya İnstitutunun iştirakı ilə həyata keçirilən “Çovdarnekropolu” arxeoloji tədqiqat layihəsinin nəticələrini əks etdirənelmi-kütləvi nəşrin təqdimat mərasimi keçirilib.

Tədbir çərçivəsində əvvəlcə qonaqlar sərgi ilə tanış olublar.Sərgidə arxeoloji qazıntılar zamanı aşkar edilən maddi-mədəni irsnümunələri nümayiş etdirilib.

Tədbiri giriş nitqi ilə açan Zakir İbrahimov layihəyə göstərilənxüsusi diqqətə və dəstəyə görə Heydər Əliyev Fonduna, fundamentaltədqiqata görə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunatəşəkkürünü bildirib. Qeyd edilib ki, “Çovdar nekropolu” 2019-cuildən həyata keçirilən və “AzerGold” QSC-nin ən uzunmüddətlisosial-mədəni layihələrindən biridir.

Beş ay davam edən qazıntılar zamanı Son Tunc və Erkən Dəmirdövrlərinə aid 156 qəbir və 6000-dən çox maddi-mədəniyyət nümunəsi– silahlar, əmək alətləri, məişət və bəzək əşyaları aşkarlanıb.Araşdırmalara yerli alimlərlə yanaşı, İtaliya, Yaponiya vəTürkiyədən olan mütəxəssislər cəlb olunub, ilk dəfə insanqalıqlarından DNT analizləri aparılaraq, hər nümunədən 13 milyonayaxın DNT molekulu oxunub və laboratoriyada emal edilib. NəticədəÇovdar əhalisinin ətraflı demoqrafik təhlili, orta yaş həddi,qohumluq əlaqələri və ölüm səbəbləri müəyyən edilib. Nəticələrgöstərib ki, nekropolda dəfn olunan insanlar yerli - Qafqaz mənşəliolub və ərazidə 400 ildən artıq müddətdə yaşayıblar.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Heydər ƏliyevFondunun Beynəlxalq əlaqələr departamentinin rəisi Soltan Məmmədovlayihənin qədim köklərimizin öyrənilməsi baxımından mühüm əhəmiyyətdaşıdığını qeyd edib. Fondun Azərbaycanda və ölkə hüdudlarındankənarda arxeoloji tədqiqatların dəstəklənməsi və milli irsinbeynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirdiyilayihələrdən bəhs edən S.Məmmədov tapıntıların ölkəmiz qədim insanmədəniyyətinin mərkəzlərindən biri olduğunu yenidən sübut etdiyinibildirib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov rayonərazisində erkən Tunc dövründən başlayaraq müxtəlif tariximərhələlərə aid çoxsaylı arxeoloji abidələrin mövcud olduğunudiqqətə çatdırıb. Onun sözlərinə görə, hazırda rayonda 49 daşınmaztarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb və Çovdarnekropolunun tədqiqi rayonun mədəni irsinin daha da zənginləşməsinətöhfə verib.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə DövlətXidmətinin rəisi Səbinə Hacıyeva çıxışında layihənin ölkədətarixi-mədəni irsin qorunması sahəsində həyata keçirilən dövlətsiyasəti baxımından əhəmiyyətini vurğulayıb.

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoruFərhad Quliyev tapıntıların beynəlxalq standartlara uyğun olaraqtədqiq edildiyi bildirib. Çovdar nekropolunun metal nümunələribaxımından bugünədək aşkar edilmiş ən zəngin abidə olduğunu qeydedib. İtaliyanın Piza şəhərində aparılan spektral analizlərinnəticələri göstərir ki, məmulatların hazırlanmasında müxtəlif metalərintilərindən istifadə olunub. Bu isə həmin dövrdə bölgədə ibtidaimetallurgiyanın müəyyən inkişaf səviyyəsinə çatdığını göstərir.Şüşə muncuqlar və kauri qabıqları isə qədim icmaların Aralıq dənizivə digər regionlarla iqtisadi-mədəni əlaqələrinin mövcudluğunutəsdiqləyir.

Qeyd edək ki, “AzerGold” QSC-nin 2019-cu ildə Çovdar EmalSahəsində apardığı tikinti işləri zamanı aşkar edilib. “Çovdarnekropolu” kitabı arxeoloji ekspediyanın bir neçə il davam edənaraşdırmalarının nəticələrini əks etdirən elmi-publisistik nəşrdir.Azərbaycan və ingilis dillərində hazırlanan kitabın məqsədi Çovdarnekropolunun zəngin tarixi-mədəni irsini geniş ictimaiyyətə təqdimetmək, milli irsin təbliğinə töhfə verməkdir.

“Çovdar
“Çovdar
“Çovdar
“Çovdar
“Çovdar
“Çovdar
“Çovdar
“Çovdar
“Çovdar
“Çovdar
Məqalədə:
Seçilən
125
9
az.trend.az

10Mənbələr