AZ

Hizbullah İsrail ordusunun kazarmalarını raketlərləVURDU

Hizbullah Qərbi Qalileyada İsrail ordusuna raket zərbələri endirib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, Hizbullahın şiə milis bölmələri Qərbi Qalileyanda İsrail qoşunlarına qarşı əməliyyat keçirib. Bildirilir ki, Zarit yaşayış məntəqəsində yerləşən ordu kazarmasına çoxsaylı raketlər buraxılıb.

Bəyanatda qeyd olunub ki, “müqavimət döyüşçüləri düşmən qüvvələrinin yerləşdiyi kazarmalara bir neçə yaylım atəşi açıblar”.

Buna cavab olaraq İsrail Livan ərazisində hərbi əməliyyatlar həyata keçirir. İsrailin hücumları nəticəsində ölkədə ölənlərin sayının 120-ni keçdiyi bildirilir.

Aminə ŞAHSUVARQIZI

Seçilən
84
2
redaktor.az

3Mənbələr