AZ

“Flamenqo”da məşqçi dəyişikliyi

“Flamenqo”da məşqçi dəyişikliyi baş verib.

"Football-plus.az" xəbər verir ki, Filipe Luis komandanın Cənubi Amerika Superkuboku və Braziliya Superkubokundakı uğursuzluğuna və ölkə çempionatında zəif startına görə istefaya göndərilib. Baş məşqçi vəzifəsinə 2024-cü ilin sentyabrında təyin olunan 40 yaşlı mütəxəssis “Flamenqo”ya 7 titul qazandırmışdı. Komandanı bundan sonra Leonardo Jardim çalışdıracaq. Onun Rio de Janeyro klubu ilə bağladığı müqavilənin müddəti 2027-ci ilin sonuna qədərdi.

Xatırladaq ki, 51 yaşlı mütəxəssisin sonuncu klubu ötən il Braziliya çempionatında bürünc medallar qazandırdığı “Kruzeyro” olub.

Seçilən
115
1
football-plus.az

2Mənbələr