AZ

Əvvəllər niyə insanlar pul və qızıl yığa bilirdi, indi kreditlə yaşayır? – MÜHÜM NÜANSLAR

Keçmişdə sadə vətəndaşlar da müəyyən qədər pul və ya qızıl yığa bilirdi. İnsanlar gəlirlərinin bir hissəsini ehtiyat üçün saxlayırdılar.

Lakin müasir iqtisadi sistemdə bir çox insanın həyat tərzi dəyişib. Kreditlər, ipoteka ödənişləri, kommunal xərclər, qida və gündəlik ehtiyaclar insanların gəlirlərinin böyük hissəsini əhatə edir. Nəticədə, vətəndaşlar daha çox borclarını ödəmək və gündəlik xərcləri qarşılamaq üçün çalışmalı olur, uzunmüddətli yığım isə çətinləşir.

Niyə əvvəl insanlar pul və qızıl yığa bilirdi, indi isə kreditlə yaşayırlar?

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib:

Bizim

“Əvvəllər insanlar daha rahat və sadə həyat yaşayırdılar.

Dəbdəbəyə çox da fikir vermirdilər. Əyləncə industriyasi yox idi. İnsanlar onda əşyalarla öyünmürdülər”.

Sosioloqun sözlərinə görə, son dövrlərdə davamlı reklam “təcavüzü” ilə, müasirlik adı altında insanlara şirkətlər tərəfindən istehlak çılğınlığı təbliğ olunur. “Brend məhsullar xəstəliyi” yayılır. Müxtəlif əyləncə növləri təbliğ edilir. Fasiləsiz olaraq insanlara pul xərcləmək, bahalı məhsullar almaq, səyahətlərə getmək, əlamətdar günləri daha lüks keçirmək reklam olunur. İnsanların da buna gəliri çatmaz. Bu halda adamlar məcbur qalaraq, kreditdən istifadə edir və nəticədə bu, onlara baha başa gəlir.

“İndi 20-30 növ geyim insanlara bəs etmir. Əvvəllər bir paltarı illərlə geyinirdilərsə, bu gün bir neçə dəfə geyinirlər. Bunların hamısı ümumilikdə əyləncə mərəzidir. Son 10 ildə istehlak kreditlərində ciddi artım var. Eyni zamanda, problemli kreditlərin sayında da artma müşahidə olunub, — deyə sosioloq əlavə edib.

“Yüksək kreditlər ödənilmədikdə, özü ilə bərabərində daha ciddi problemlər gətirir. Ailələrin dağılmasına, cinayət hadisələrinin törədilməsinə yol açır. İnsanlar çıxış yolu kimi sadə həyat tərzinə qayıtmalıdır. 300-500 manata bir neçə gün təbiət qoynunda istirahət etmək olar. Amma adamlar var ki, 5000-10.000 borca girir ki, gedib daha bahalı və əyləncəli yerdə istirahət etsinlər. Seçim insanın özündən asılıdır. Bu mənəvi-psixoloji məsələdir”,- deyə Elçin Bayramlı sonda vurğulayıb.

Dəniz Pənahova
KONKRET.az

Seçilən
120
1
konkret.az

2Mənbələr