İsveçin Bakıdakı səfirliyi İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə pilotsuz uçuş aparatları (PUA) ilə endirdiyi zərbələri pisləyib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Naxçıvan Muxtar Respublikasına PUA-larla zərbələr endirildikdən sonra İsveç səfirliyi Azərbaycanla və bütün zərərçəkənlərlə tam həmrəyliyini ifadə edir. Biz bu hücumları, eləcə də Azərbaycanın təhlükəsizliyini təhdid edən istənilən hərəkəti pisləyirik. Vəziyyəti və hadisələrin sonrakı inkişafını diqqətlə izləməyə davam edəcəyik", - paylaşımda bildirilib.
"Cebheinfo.az"