Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə telefon danışığı aparıb.
"Yeni Sabah" Ermənistan mediasına istinadən xəbər verir ki, danışıq zamanı tərəflər Yaxın Şərqdə baş verən son hadisələri və bölgədə artan gərginliyi müzakirə ediblər. Nazirlər regiondakı eskalasiyanın narahatlıq doğurduğunu bildiriblər.
Həmsöhbətlər həmçinin Yaxın Şərqdə sabitliyin və təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıb və vəziyyətin diqqətlə izlənildiyini qeyd ediblər.
Telegram kanalımız