AZ

Hörmüz boğazının bağlanması səbəbilə 20 min dənizçi gəmilərdə qalıb

Bakı, 6 mart, AZƏRTAC

Körfəzin blokadaya alınması səbəbilə təxminən 20 min dənizçi hərəkətsiz gəmilərdə qalıb.

AZƏRTAC xəbər verir ki, BMT-nin Beynəlxalq Dəniz Təşkilatının Baş katibi Arsenio Dominges bu barədə BBC telekanalına açıqlaması zamanı deyib.

“Qlobal neft ixracının 20 faizinin Hörmüz boğazından keçdiyini nəzərə alsaq, hazırda üzləşdiyimiz vəziyyət çox narahatedicidir“, - deyə Arsenio Dominges bildirib.

Onun sözlərinə görə, Hörmüz boğazının blokadası kruiz gəmilərində səyahət edən təxminən 15 min sərnişinə də təsir edib.

Seçilən
77
2
azertag.az

3Mənbələr