AZ

Dibala Avropanı tərk edəcək?

Paulo Dibalanın mövsümün sonunda Avropanı tərk etməsi gözlənilir. “Roma”nın argentinalı hücumçusu karyerasını vətənində davam etdirə bilər.

"Football-plus.az" xəbər verir ki, İnsayder Matteo Morettonun yaydığı məlumatda 32 yaşlı futbolçunun “Boka Xuniors”a keçidinin gündəmə gəldiyi bildirilir. Onun sözlərinə görə, tərəflər artıq danışıqlara başlayıblar.

Hazırda zədə səbəbindən yaşıl meydanlardan kənarda qalan və paytaxt klubunun son oyunlarını buraxan Dibalanın “Roma”dan ayrılması real görünür. “Boka Xuniors” ulduz futbolçunu iyun ayında heyətinə qatmağı planlaşdırır. Öz növbəsində, İtaliya klubu da onun müqaviləsindəki maliyyə şərtlərini aşağı salmağı nəzərdən keçirir.

Xatırladaq ki, Paulo cari mövsümdə “Roma”nın heyətində bütün turnirlərdə 22 matça çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Seçilən
92
3
football-plus.az

5Mənbələr