Bakı.Trend:
bp-nin Azərbaycan qarşısında əsas vəzifəsi Azəri-Çıraq-Günəşli(AÇG) yatağından hasil olunan neftin həcmini maksimum dərəcədəartırmaq və eyni zamanda daha çox neft çıxarıldıqca rezervuarınməhsuldarlığının təbii azalmasını idarə etməkdir.
Trend xəbər verirki, bunu bu gün bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrəregional prezidenti Cio Kristofoli brifinqdə deyib.
“AÇG dünyanın ən böyük və ən mühüm yataqlardan biridir. Buyatağın bizim tərəfimizdən idarə olunma səviyyəsi sahə üzrə ənyaxşı göstəricilər sırasına daxildir”, – deyə o bildirib.
O qeyd edib ki, ilk növbədə, bp rezervuarda qazılan quyularınsayını artırır.
“SOCAR və qazma üzrə podratçılarımızla tərəfdaşlıq sayəsindəeyni avadanlıqdan və eyni xərclərdən istifadə etməklə qazmaəməliyyatlarının sayını 30 faizdən çox artırmağa nail olmuşuq. Bu,əsl səmərəlilikdir”, – deyə o qeyd edib.
İkincisi, bu, “rezervuarın aktivləşdirilməsi”dir.
“Bildiyiniz kimi, neft hasil olunduqca təzyiqi qoruyub saxlamaqlazımdır ki, maye səthə çıxmağa davam etsin. Bunun üçün biz su vəqazı lazımi sahələrə vururuq ki, rezervuarın davamlı aktivləşməsitəmin olunsun. Üçüncüsü isə texnologiyalardır. Məsələn, biz yüksəkdəqiqlikli dəniz dibi sensorları vasitəsilə seysmik çəkilişləraparırıq”, – deyə o əlavə edib.