AZ

Azərbaycanda uşaq telefonda gördüklərindən sonra hər şeyi unutdu - Ekspertdən SOS

Xəbər verdiyimiz kimi, aktrisa Ülviyyə Əliyeva övladı bir ayn eyni cizgi filminə baxdıqdan sonra sözləri, bildiyi hər şeyi unutduğunu söyləyib. O valideynlərə uşaqlarına ciddi nəzarət etmələri üçün çağırış edib.

Azreform.info xəbər verir ki, uşaqlarda nitq problemlərinin artdığı bir zamanda aktrisanın çıxışı cizgi filmlərin azyaşlılara təsiri mövzusunu yenidən gündəmə gətirib.

Mövzu ilə bağlı Azreform.info -a danışan defektoloq-loqoped Şəhla Abdullayeva bildirib ki, uzun müddət ekrana baxmaq üşaqlarda bir sıra çətinliklər yaradır:

“Təbii ki, uzun müddət cizgi filmdə baxmaq uşaqların həm psixoloji inkişafına, həm nitq inkişafına mənfi təsir göstərə bilir. Əsasən də uşaqlarla diqqət əksikliyi, davranış problemləri, kontakdan kommunikasiyaya keçməkdə, özünü ifadə etməkdə çətinliklər yaranır. 

Yadınızdadırsa, əvvəllər bizim baxdığımız cizgi filmlərdə daha yavaş hərəkətlər və danışıqlar olurdu. Məsələn, “Tıq-tıq xanım”. Burada Tıq-tıq xanım rol apararkən, yavaş tempdə danışıqlar aparırdı, dialoqlar, yavaş hərəkətlər olunurdu. Lakin indiki cizgi filmlərdə daha çox hərəkət, az danışıq var və bir çoxunda ümumiyyətlə danışıq yoxdur. Əfsus ki, uşaqlar da bu cizgi filmlərinə “Maşa və Medved” ,”Cocomelon” və yaxud da digər cizgi filmlərdə dialoq olmadığı, səhərdən-axşama qədər mavi ekranlara məruz qaldığı və ünsiyyət görmədiyi üçün onların nitqi də, inkişafı da çox pis şəkildə ləngiyə bilir. Azyaşlılar cizgi filmlərə baxarkən də dəqiqə intervallı qoymaq lazımdır. Mütləq şəkildə valideyn nəzarəti olmalıdır. Çünki uşaq o cizgi filmlərdə yaşına uyğun olmayan görüntülər də görə bilər. 

Ən əsası da ki, valideyn uşağından soruşmalıdır ki, sən orada nə gördün və ya ayı uşağa nə deyirdi? 
Məsələn, biz ingilis dili konvereyşnlara gedəndə bizim üçün sinemalar qoyurdular və pauza verib soruşurdular ki, oğlan qıza nə deyirdi, onlar nə danışırdılar və s. Uşaqlarda da bu situasiyanı yaratmaq lazımdır ki, inkişafı normal gedə bilsin”. 

Loqoped “uşağım çox danışır” deyib onu ekran qarşısında əyləşdirən valideynlərlə bağlı mövzuya da toxunu. o, uşaqların çox danışmasından daha çox, necə danışmasının problem olduğundan söz açıb:

“Uşağın məntiqsiz və eyni sualı davamlı verməsi normal deyil. Biri var ki, uşaq məntiqli və fərqli-fərqli suallar versin, lakin davamlı eyni sualları istifadə edirsə, bir şeyi, məsələn, anası cavablandığını mövzunu təkrar-təkrar soruşursa, artıq bu, normal hal deyil.

Cizgi filmlərdə şiddət olmamalıdır. Son zamanlar əfsuslar olsun ki, yutubda süni intellektinə düzəldilən pişik videoları çox yayımlanır. Məsələn, bala pişik, ana pişiyin başını kəsir və yaxud da tam pişiklər yanmış halda olur. Onun da nəticələrini biz hazırda məktəbə gedən uşaqlarımızda görürük. Müəliminə şiddət göstərən uşaqlar və s. Bu yaxınlarda Türkiyədə də şagird müəlimini qətlə yetirib. Bunlar heç biri ürəkəçan hadisələr deyil. 

Düşünürəm ki, ailənin uşağa verdiyi tərbiyənin, onu necə yetişdirilməsinin və birbaşa televizorda, telefonda gördüyü qeyri-etik və şiddətə məzmunlu görüntülərin bu  cür hərəkətlərin üzə çıxmasında rolu var”. 

Billurə Yunus
 

Seçilən
98
2
azreform.info

3Mənbələr