AZ

Hakan Fidan Mirzoyanla nələri müzakirə etdi?

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyəli həmkarı Hakan Fidanla telefon danışığı aparıb.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı nazirlər Yaxın Şərqdəki hadisələri müzakirə ediblər və vəziyyətin davamlı olaraq gərginləşməsindən narahatlıqlarını ifadə ediblər.

Ermənistan və Türkiyə xarici işlər nazirləri regionda sabitliyin və təhlükəsizliyin bərqərar olmasının vacibliyini vurğulayıb.

Seçilən
112
8
musavat.com

10Mənbələr