Metbuat.az xəbər verir ki, Türkiyə mediası da bu mövzuya geniş yer ayırıb. Ölkənin aparıcı KİV-ləri cütlüyün ayrılmasını sensasiya kimi təqdim edib. “Paşinyan onu tərk edən keçmiş sevgilisinə təşəkkür etdi”, - məşhur “Sözcu” qəzeti belə yazıb. KİV diqqəti baş nazirin uşaqlarının anası ilə rəsmi nikaha girməməsinə yönəldib: "Onlar sevgili olub".
Bu xəbər sosial şəbəkələrin Türkiyə seqmentində də geniş müzakirə olunub. Türkiyəli sosial şəbəkə istifadəçiləri məsələyə ironik münasibət bildiriblər. “Baş nazir 30 illik məşuqəsindən ayrıldı” məzmunlu şərh yazanlar da olub.