AZ

Baş Prokurorluqda 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı tədbir keçirilib (FOTO)

Bakı.Trend:

Martın 6-da Baş Prokurorluqda qadın prokurorluq işçilərinin,dövlət qulluqçularının, veteranların, habelə qonaq qismində dəvətolunmuş Milli Məclisin qadın deputatlarının və medianümayəndələrinin iştirakı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününəhəsr olunmuş tədbir keçirilib.

Trend xəbərverir ki, tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyeviştirakçıları təbrik edərək onlara fəaliyyətlərində uğurlar, yeninailiyyətlər, sağlamlıq və ailə səadəti arzulayıb. O bildirib ki,Azərbaycan qadını hər zaman cəmiyyətdə layiqli yer tutmuş, dövlətidarəçiliyində və ictimai həyatda fəal mövqe nümayiş etdirmişdir.Qeyd olunub ki, qadın hüquqlarının qorunması və onların ictimaifəallığının artırılması məsələsinə Ümummilli lider Heydər Əliyevtərəfindən daim xüsusi diqqət göstərilmiş, bu siyasət hazırdaPrezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Baş prokuror, həmçinin, Azərbaycan Respublikasının Birincivitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehribanxanım Əliyevanın həyata keçirdiyi humanitar təşəbbüslər vəbeynəlxalq miqyaslı fəaliyyəti barədə də danışıb.

Qadınların cinayətkarlığa qarşı mübarizə və ədalət mühakiməsininhəyata keçirilməsində mühüm rolundan bəhs edən Kamran Əliyevbildirib ki, hazırda prokurorluq orqanlarında çalışan qadınlardan131 nəfəri müsabiqə yolu ilə işə qəbul olunub. Onlardan 13 nəfərirəhbər vəzifələrdə çalışır ki, bunlardan 1 nəfər Baş Prokurorluqdaidarə rəisi, 4 nəfər idarə rəisinin müavini, 1 nəfər şöbə rəisi, 1nəfər idarə rəisinin müavini - şöbə rəisi, 1 nəfər hərbiprokurorluq orqanlarında şöbə rəisi, 4 nəfər rayon prokuroru, 1nəfər isə rayon prokurorunun müavini vəzifəsini tutur.

Tədbirdə Milli Məclisin deputatı və Mədəniyyət komitəsinin sədrmüavini Günay Əfəndiyeva, Real TV-nin baş redaktoru Səbinə Ağayeva,Baş Prokurorluğun Elmi-Məsləhət Şurasının və AzərbaycanRespublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İlhaməHəsənova, prokurorluğun veteranı Zöhrəbanu Kişiyeva, Qobustan rayonprokuroru Səadət Rüstəmova və Baş prokuror yanında Korrupsiyayaqarşı Mübarizə Baş İdarəsinin məsləhətçisi Ruhanə Rəsulova çıxışedərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarınıbildiriblər.

Sonda Baş prokuror tərəfindən bir qrup iştirakçıya mükafatlartəqdim olunub və xatirə şəkli çəkdirilib.

Baş
Baş
Baş
Baş
Seçilən
77
6
az.trend.az

7Mənbələr