AZ

KİV: MİT Suriya Prezidentinin təhlükəsizliyini gücləndirmək üçün Britaniyadan yardım istəyib

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

Türkiyə Suriya Prezidenti Əhməd əl-Şaraanın təhlükəsizliyini gücləndirmək üçün Böyük Britaniyadan yardım istəyib.

APA xəbər verir ki, bu barədə məlumatlı mənbələr “Reuters”ə danışıb.

Bildirilib ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Britaniyanın xarici kəşfiyyat xidməti MI6-dən Əhməd əl-Şaraanın təhlükəsizliyinin qorunmasında daha böyük rol oynamasını istəyib.

Qeyd edək ki, bundan əvvəl xarici mediada Suriya Prezidentinə qarşı bir neçə dəfə sui-qəsdə cəhd edilməsi ilə bağlı xəbərlər dərc olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
84
2
apa.az

3Mənbələr