AZ

"Bu qələbələrdən sonra çox ümidlənmişik" - Tural Cəlilov

1-ci Liqanın 17-cı turunda səfərdə "Zaqatala"nı 4:3 hesabı ilə məğlub edən "Şimal" ardıcıl ikinci qələbəsini qazandı. Xal hesabını 11-ə çatdıran və turnir cədvəlində sonuncu pillədən qurtulmaq istiqamətində inamlı addım atan debütantın oynayan məşqçisi Tural Cəlilovla əlaqə saxlayıb fikirlərini öyrəndik.

Bu qarşılaşmada ehtiyatda qalan Cəlilovun Fanat.Az-a açıqlaması belə oldu:

"Son iki oyunda qələbə qazandığımız üçün çox sevinliyik. Bu qələbələr komandadakı əhval-ruhiyyəni yüksəldib. Təbii ki, özünəinamın artması olduqca vacib məqamdır. Bu qış heyətə iki yeni legioner cəlb etmişik. Heyətimiz genişlənib. Bu oyuna iki zədəli və bir cəzalı futbolçumuz olduğu üçün tam heyətlə çıxa bilmədik. Şadam ki, meydandan 3 xalla ayrıldıq. Ümidlərimiz çoxdur. Liqada qalmaq üçün əlimizdən gələni edəcəyik. Məşqlərdə səylə çalışır, hədəfimiz uğrunda sona qədər mübarizə aparmaq istəyirik. Bu qələbələrdən sonra çox ümidlənmişik".

Toğrul 

Seçilən
98
1
fanat.az

2Mənbələr