AZ

Litva XİN rəhbəri İranın Azərbaycana dron hücumunu pislədi

Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova zəng edib.

Bu barədə Publika.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, telefon danışığı zamanı nazir Ceyhun Bayramov qarşı tərəfə İranın dron hücumları barədə ətraflı məlumat verib.

Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş bu hücumun beynəlxalq hüququn norma və prinsiplərinin kobud pozuntusu olduğu və regionda gərginliyin artmasına xidmət etdiyi vurğulanıb.

Seçilən
69
22
publika.az

10Mənbələr