AZ

Azərbaycan-Ermənistan razılaşması Gürcüstan üçün də imkanlar yarada bilər

Cənubi Qafqazda əldə olunan razılaşmanın region ölkələri üçün yaratdığı perspektivlər Vaşinqtonda da müzakirə olunur.

Musavat.com xəbər verir ki, ABŞ Dövlət Departamenti Ermənistan və Azərbaycan arasında əldə edilən razılaşmanın Gürcüstan üçün də müəyyən üstünlüklər yarada biləcəyini bildirib.

TV Imedi-nin yaydığı məlumata görə, bəyanatda ABŞ-ın Gürcüstanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə sadiq olduğu vurğulanıb və Vaşinqtonun Tbilisi ilə konstruktiv münasibətlərin inkişafında maraqlı olduğu qeyd edilib.

“Prezident Trampın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında əldə olunan sülh razılaşması bütün Cənubi Qafqaz üçün yeni imkanlar açır. Gürcüstan bu prosesə töhfə verə və razılaşmanın yaratdığı sabitlik və rifahdan böyük fayda əldə edə bilər”, – deyə bəyanatda bildirilir.

Dövlət Departamenti həmçinin qeyd edib ki, ABŞ Gürcüstan hökuməti ilə ikitərəfli münasibətlərə və ölkədəki siyasi mühitə təsir edən məsələlər üzrə dialoqu davam etdirəcək. Bəyanatda iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi üçün Gürcüstan hökumətinin ata biləcəyi konkret addımların da müzakirə olunacağı vurğulanıb.

Musavat.com

Seçilən
110
musavat.com

1Mənbələr