AZ

Mbappe bugünkü oyunda "Real"a kömək etməyəcək

"Real Madrid"in ulduz hücumçusu Kilian Mbappe İspaniya La Liqasının 27-ci turu çərçivəsində bu gün baş tutacaq matçda - "Selta" ilə səfər oyununda iştirak etməyəcək.

Fanat.Az xəbər verir ki, onun adı matçın iştirak ərizəsinə salınmayıb.

Viqodakı "Abanka Balaidos" stadionunda reallaşacaq görüşün start fiti Bakı vaxtı ilə 00:00-da səsləndiriləcək.

Sol diz bağlarında gərilmə aşkarlanan Mbappenin "Mançester Siti"yə qarşı Çempionlar Liqasının 1/8 final oyunlarını da kənardan izləyəcəyi gözlənilir. O, cari mövsüm "Real"ın hüyətində bütün turnirlərdə 33 matça çıxaraq 38 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Toğrul  

Seçilən
80
1
fanat.az

2Mənbələr