AZ

Mbappe nə vaxt qayıdacaq?

“Real” hücum xətti ilə bağlı ciddi problemlə üzləşib. Komandanın iki hücumçusu müxtəlif müddətə sıradan çıxıb.

"Football-plus.az" xəbər verir ki, Rodriqo Qoesin La Liqanın 26-cı turunun “Xetafe” ilə matçında (0:1) zədələndiyini xəbər vermişdik. 25 yaşlı hücumçunun sağ dizində çarpaz bağların qırıldığı məlum olub. Rodriqo həm cari mövsümün qalan hissəsini, həm də DÇ-2026-nı buraxacaq.

Kilian Mbappenin sol diz bağlarında problem yaranıb. Fransalı futbolçunun buna görə sıraya nə vaxt dönəcəyi açıqlanmır. Klubun yaydığı məlumatda onun yalnız konservativ müalicə almağa başladığı bildirilib.

Seçilən
138
1
football-plus.az

2Mənbələr