AZ

Yaxın Şərqdəki Gürcüstan vətəndaşlarının təxliyəsi üçün daha bir aviareys təşkil edilib

Tbilisi, 6 mart, AZƏRTAC

Gürcüstan hökuməti Yaxın Şərq bölgəsində qalan vətəndaşlarını geri qaytarmaq üçün daha bir xüsusi aviareys təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib: "Hökumətin qərarı ilə Yaxın Şərq bölgəsindəki Gürcüstan vətəndaşlarının geri qaytarılması üçün Tbilisiyə əlavə xüsusi reys planlaşdırılıb. Reys martın 7-si saat 23:00-da Maskatdan (Oman Sultanlığı) Tbilisiyə həyata keçiriləcək".

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
83
azertag.az

1Mənbələr