AZ

AZƏRTAC və Sinxua agentliyinin tərəfdaşlığı nümunəvi xarakter daşıyır

Bakı, 6 mart, AZƏRTAC

AZƏRTAC və Çinin Sinxua agentliyinin tərəfdaşlığı nümunəvi xarakter daşıyır.

Bu iki agentlik arasında əməkdaşlıq məsələləri AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin Sinxua-nın Avrasiya Bürosunun direktor müavini Vei Kanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə müzakirə olunub.

AZƏRTAC və Sinxua agentlikləri 23 ildir tərəfdaşlıq əlaqələrinə malikdir. Bu müddətdə bir çox birgə layihələr həyata keçirən hər iki agentlik hazırda uğurla informasiya mübadiləsi aparır, beynəlxalq təşkilatlar çərçivəsində və informasiya məkanında qarşılıqlı dəstək nümayiş etdirir. Strateji tərəfdaşlıq səviyyəsində olan Azərbaycan-Çin münasibətləri müxtəlif istiqamətlərdə, o cümlədən media və informasiya sahəsində qarşılıqlı təmasların dinamikliyinə müsbət təsir göstərir.

Qeyd olunub ki, Sinxua agentliyi Azərbaycana və regiona diqqəti daha da artırıb və bu məqsədlə də Bakı bürosunu genişləndirmək niyyətindədir. Feyk xəbərlərə qarşı birgə mübarizənin əhəmiyyəti vurğulanan görüşdə hər iki ölkə haqqında obyektiv xəbərlərin yayımlanmasının önəmi diqqətə çatdırılıb.

Danışıqlar zamanı qarşılılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdən sonra nümayəndə heyəti AZƏRTAC-da redaksiyaların fəaliyyəti ilə tanış olub.

Seçilən
60
azertag.az

1Mənbələr