AZ

Amerikalı ekspert: Orta Dəhliz beynəlxalq gündəmin strateji mövzusuna çevrilir

Bakı, 6 mart, Tamilla Məmmədova, AZƏRTAC

Regional bağlılıq və nəqliyyat marşrutlarının inkişafı məsələləri beynəlxalq müzakirələrdə getdikcə daha böyük əhəmiyyət qazanır. Bu kontekstdə Orta Dəhlizin potensialına xüsusi diqqət yetirilir.

Bu fikri AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında amerikalı ekspert, “Gulf State Analytics” beynəlxalq konsaltinq və analitik şirkətinin baş direktoru Corco Kafyero səsləndirib.

Onun sözlərinə görə, Avropa ilə Asiyanın kəsişməsində yerləşən Cənubi Qafqaz yeni logistika marşrutlarının və təchizat zəncirlərinin formalaşmasında strateji əhəmiyyətli rol oynayır. Dünya ticarətinin transformasiyası şəraitində alternativ nəqliyyat dəhlizlərinin əhəmiyyəti nəzərəçarpacaq dərəcədə artır.

Ekspert bildirib ki, Orta Dəhliz mövzusu Münxen Təhlükəsizlik Konfransında da fəal müzakirə olunub. Bu isə Avrasiya məkanında bağlantının inkişafına beynəlxalq marağın artdığını göstərir. Onun qiymətləndirməsinə görə, bu marşrut tədricən yalnız iqtisadi deyil, həm də regionlar arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün strateji alətə çevrilir.

O əlavə edib ki, Azərbaycan bu infrastrukturun inkişafında əsas rol oynayır və Mərkəzi Asiyanı, Qafqazı və Avropa bazarlarını birləşdirən mühüm tranzit qovşağı kimi çıxış edir.

Seçilən
154
1
azertag.az

2Mənbələr