Bakı. Trend:
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta martın 11-dəAzərbaycana rəsmi səfər edəcək, eləcə də hökumətin yüksək səviyyəlinümayəndələri ilə bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.
Trend bu barədəAvropa İttifaqı Şurasına istinadən xəbər verir.
"Azərbaycan Avropa İttifaqı üçün strateji əhəmiyyətə maliktərəfdaşdır: enerji sahəsində əməkdaşlığımız enerji təchizatımızınşaxələndirilməsi və enerji təhlükəsizliyimizin gücləndirilməsiistiqamətində səylərimiz üçün mühüm əhəmiyyət daşıyır. Görüşümüzhəmçinin Yaxın Şərqdə sürətlə dəyişən geosiyasi vəziyyəti müzakirəetmək üçün imkan yaradacaq. Avropa İttifaqı Azərbaycan hökuməti vəxalqı ilə tam həmrəylik nümayiş etdirir", - məlumatda qeydedilib.
Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər 1999-cuildən qüvvədə olan Aİ–Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinəəsaslanır. Avropa İttifaqı Azərbaycanda əsas investor və ölkənin ənböyük ticarət tərəfdaşıdır.