AZ

Regionlarda ekoloji maarifləndirici görüşlər davam etdirilir - FOTO

Xaçmaz rayonunun İstisu, Astara rayonunun Təngərüd, Zaqatala rayonunun Ş.İsayev adına Muxax kənd və İsmayıllı rayonunun 2 nömrəli tam orta məktəblərində keçirilən görüşlərdə şagirdlərə məişət tullantılarının düzgün toplanması, çeşidlənməsi və emalı qaydaları haqqında ətraflı məlumat verilib, tullantıların azaldılması, təkrar istifadənin təşviqi, təbii ehtiyatlardan məsuliyyətli istifadə və gündəlik davranışların ekoloji tarazlığa təsiri haqqında müzakirələr aparılıb.
Xaçmaz rayonunun İstisu kənd tam orta məktəbində keçirilən görüş zamanı şagirdlərin tullantılardan hazırladıqları yaradıcı əl işləri təqdim olunub. Zaqatala rayonunun Ş.İsayev adına Muxax kənd tam orta məktəbində isə “Təmiz təbiət” mövzusunda qrup işi təşkil edilib, şagirdlər hazırladıqları təqdimatlarla çıxış edərək mövzu ətrafında müzakirələr aparıblar.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən bu görüşlərin məqsədi uşaqlarda ekoloji biliklərin artırılması, təbiətə həssas münasibətin formalaşdırılması, davamlı inkişaf prinsiplərinin təşviqi və ekoloji tarazlıq anlayışının gücləndirilməsidir.

Seçilən
91
3
ekologiya.az

4Mənbələr