ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
"Naxçıvan istiqamətində baş vermiş dron hücumları regionda sabitliyi pozmağa yönəlmiş ciddi təxribatdır. Bu cür addımların arxasında müəyyən xarici güclərin dayanması və onların əsas məqsədinin Azərbaycan ilə İran arasında qarşıdurma yaratmaq olması ehtimalı diqqətdən kənarda qalmır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Qəvami Sadiqbəyli səsləndirdi. O əlavə etdi ki, İran cəmiyyətini nəzarətdə saxlayan molla rejimi və SEPAH da bu əmrləri əlaltdan icra edir:
.jpg)
"Belə ssenarilər Cənubi Qafqazda yeni gərginlik ocağı yaratmaq istəyən qüvvələrin maraqlarına xidmət edir. Naxçıvan ərazisində mülki obyektlərin, xüsusilə hava limanı kimi strateji infrastrukturun hədəfə alınması təhlükəli eskalasiya cəhdidir. Azərbaycan indiyədək qonşuluq prinsiplərinə sadiq qaldığını və regionda sabitliyin qorunmasına üstünlük verdiyini dəfələrlə nümayiş etdirib. Mövcud şəraitdə əsas məsələ təxribatlara uymamaq, hadisələri soyuqqanlı və praqmatik şəkildə qiymətləndirməkdir. Azərbaycanın dövlət institutları və təhlükəsizlik strukturları ölkənin suverenliyini və təhlükəsizliyini qorumaq üçün kifayət qədər imkanlara malikdir və belə təxribatların qarşısını almağa qadirdir. İranla müharibə edən ABŞ və İsrailin silahlı qüvvələri Xamenei başda olmaqla molla rejiminin 50 nəfərə yaxın üzvünü raket zərbələri ilə məhv etdi. Naxçıvanda məktəbdə dərs keçən uşaqların atəşə tutulması barədə əmr verilməsi, İran molla rejiminin terroru dövlət səviyyəsində dəstəklədiyini sübut etdi.
Bu hadisə özünü İran İslam İnqilabı Keşikçiləri adlandıran SEPAH-ın terror təşkilatı olduğunu bir daha təsdiqləyir. İran İslam Respublikasının molla rejimi Azərbaycan torpaqlarını 30 il müddətində işğal altında saxlayan, bizimlə düşmənçilik edən erməniləri bütün vasitələrlə dəstəkləyib. İnanırıq ki, İranın terrorçu molla rejimi siyasi səhnəni tezliklə tərk etməyə məcbur olacaq".
Nuriyyə NATİQQIZI
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.