AZ

Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı oldu

6 mart tarixində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Belarus Respublikasının Baş naziri Aleksandr Turçin ilə telefon danışığı aparıb.

"Unikal" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı zamanı iki prezidentin birgə səyləri sayəsində müxtəlif sahələrdə çoxşaxəli Azərbaycan-Belarus tərəfdaşlığının dinamik inkişafı müzakirə olunub.

Seçilən
91
7
unikal.az

10Mənbələr