AZ

Azərbaycan-İtaliya strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə ediliv

Bakı. Trend:

6 mart tarixində İtaliya Respublikasının baş nazirinin müavini,xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio TayaniAzərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovazəng edib.

Trend xəbər verir ki, bubarədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verib.

Bildirilib ki, telefon danışığı zamanı tərəflər regiondayaranmış təhlükəsizlik vəziyyəti, xüsusilə də İran tərəfindənAzərbaycan ərazisinə qarşı həyata keçirilmiş dron hücumları iləbağlı fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Azərbaycan ərazisinə qarşı həyatakeçirilmiş bu cür hücumların qəbuledilməz olduğunu vurğulayaraq,ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş hər hansıaddımların beynəlxalq hüquqa zidd olduğunu qeyd edib. Bildirilibki, mülki əhali və infrastruktur üçün risk yaradan bu kimihərəkətlər regionda təhlükəsizlik və sabitliyə ciddi təhdid təşkiledir.

Nazir Antonio Tajani mövcud vəziyyətlə bağlı narahatlığını ifadəedərək, həmrəyliyini bildirib. O, regionda sabitliyin bərpaolunmasının əhəmiyyətini qeyd edib.

İtaliya naziri İtaliya vətəndaşlarının AzərbaycanRespublikasının ərazisindən istifadə etməklə təxliyyəsinəyaradılmış şəraitə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib.Göstərilmiş dəstəyin yüksək qiymətləndirildiyi bildirilib.

Telefon danışığı zamanı tərəflər həmçinin iki ölkə arasındastrateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığın perspektivlərinimüzakirə ediblər.

Məqalədə:
Seçilən
130
13
az.trend.az

10Mənbələr