BAKI, 6 mart. TELEQRAF
İsrail ordusunun mətbuat xidməti hava qüvvələrinin İranın qərbindəki raket bazalarına zərbələr endirdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, məlumatda qeyd olunur: "İsrail Hərbi Hava Qüvvələri İranın qərbindəki hədəflərə, o cümlədən hərbi qurğulara və buraxılış məntəqələrinə zərbələr endirir".
Mətbuat xidməti əlavə edib ki, İsrail ərazisinə hücumları minimuma endirmək üçün İrana zərbələr davam etdiriləcək.