AZ

FİFA dan şok qərar: Meksikadakı otel rezervasiyalarının 40 faizi ləğv edildi

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünya futbolunun ali qurumu olan FİFA, 2026-cı il Dünya Çempionatının hazırlıqları çərçivəsində gözlənilməz addım atıb.

Fanat.Az xəbər verir ki, qurum Meksikanın paytaxtı Mexiko sitidə turnir üçün nəzərdə tutulan otel rezervasiyalarının 40 faizini ləğv edib.

Mənbələrin məlumatına görə, dünya çempionatının açılışına 100 gündən az vaxt qaldığı bir məqamda FİFA-nın paytaxtda bir neçə həftə əvvəldən sifariş etdiyi 2000 rezervasiyadan 800-ü artıq qüvvədən düşüb. Yerli rəsmilər bildirirlər ki, paytaxtda mövcud olan 63 000 otaqdan hazırda yalnız üçdə biri doludur.

Mütəxəssis Alberto Albarran Leyva məsələ ilə bağlı açıqlamasında qeyd edib ki, bəzi otellərdə FİFA-nın ləğv etdiyi otaq sayı mövcud rezervasiyaların sayını üstələyir.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
98
1
fanat.az

2Mənbələr