AZ

Bayram və istirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidməti bayram və istirahət günlərindəölkə ərazisində gözlənilən hava şəraiti barədə məlumat yayıb.

Xidmətdən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeronyarımadasında martın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı,arabir tutulacağı gözlənilir. Gündüzdən bəzi yerlərdə arabir yağışyağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.Havanın temperaturu gecə 3-6, gündüz 7-9 dərəcə isti olacaq.

Martın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabirtutulacağı proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə yağıntılıolacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturugecə 3-5, gündüz 6-9 dərəcə isti olacaq. Martın 9-da havaşəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasənyağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdəarabir yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüzcənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 3-5,gündüz 7-10 dərəcə isti olacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurdamartın 7-8-9-da hava şəraitinin arabir yağıntılı olacağı, qaryağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntının intensivolacağı ehtimalı var. 9-u gündüz yağıntılar tədricən kəsiləcək.Arabir duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək. Havanıntemperaturunun gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3dərəcəyədək isti olacağı bildirilir.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçininDaşkəsən-Gədəbəy, Göygöldə martın 7-8-9-da hava şəraitinin arabiryağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdəyağıntıların intensiv olacağı ehtimalı var. 9-u axşama doğruyağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim qərbküləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-8 dərəcəşaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti müşahidəediləcək.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilandamartın 7-8-9-da hava şəraitinin arabir yağıntılı olacağı, qaryağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntının intensivolacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyiarabir güclənəcək. Havanın temperaturu gecə 0-3, dağlıq ərazilərdə10-14 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti, dağlıq ərazilərdə 8dərəcəyədək şaxta olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalandamartın 7-8-9-da hava şəraitinin arabir yağıntılı olacağı, qaryağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağıehtimalı var. 9-u gündüz yağıntılar tədricən kəsiləcək. Arabirduman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək. Havanıntemperaturunun gecə 0-4, gündüz 5-8 dərəcə isti olacağı ehtimaledilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda martın7-8-9-da hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağıbildirilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalıvar. 9-u axşam yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq.Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə0-3, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 0-5 dərəcəşaxta olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan,Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan,Hacıqabul, Zərdab, Salyan, Neftçalada martın 7-8-9-da havaşəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdəyağıntının intensiv olacağı ehtimalı var. 9-u axşama doğruyağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim qərbküləyi arabir güclənəcək. Havanın temperaturu gecə 2-5, gündüz 6-9dərəcə isti müşahidə ediləcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar,Cəlilabadda martın 7-8-9-da hava şəraitinin arabir yağıntılıolacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır.Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. 9-uaxşama doğru yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq.Mülayim şimal-şərq küləyi arabir güclənəcək. Havanın temperaturugecə 2-5, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 3-6, gündüz 0-3dərəcə şaxta olacaq.

Seçilən
61
49
az.trend.az

10Mənbələr