AZ

Sumqayıtda 4 nömrəli xəstəxanada baxımsız vəziyyətdəVİDEO

Xəstəxana binası təmirsiz və baxımsız vəziyyətdədir...

Görüntülər "Xəzər Xəbər"in vatsap qaynar xəttinə vətəndaşlar tərəfindən göndərilib.

Onlar Sumqayıt Tibb Mərkəzinin nəzdindəki 4 nömrəli xəstəxananın korpuslarında şəraitin ürəkaçan olmadığını deyirlər.

Xəstəxananın otaq və dəhlizlərində divarlarda çatlar var, suvaq tökülüb, elektrik xətləri təhlükəli vəziyyətdədir. Köhnəlmiş radiatorlar və qopmaq üzrə olan kafellər isə mövcud vəziyyəti daha da aydın göstərir.

Sumqayıt Tibb Mərkəzindən "Xəzər Xəbər"ə bildirilib ki, xəstəxananın binası 1984-cü ildən istismardadır. Buradan həmçinin 21 keçmiş məcburi köçkün ailəsi məskunlaşıb.

Tibb Mərkəzindən o da bildirilib ki, keçmiş məcburi köçkün ailələri işğaldan azad olunmuş ərazilərə qayıtdıqdan sonra binada genişmiqyaslı təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
108
1
xezerxeber.az

2Mənbələr