Rusiyada İjevsk Şəhər Şurasının sabiq deputatı Andrey Ediqarev hakimiyyəti zorla ələ keçirmək və terror təşkilatı təşkil etmək ittihamları ilə həbs edilib.
KONKRET.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat verib.
“İjevsk Şəhər Şurasının keçmiş deputatı Andrey Ediqarevə qarşı Rusiya Cinayət Məcəlləsinin 278-ci və Rusiya Cinayət Məcəlləsinin 205.4-cü maddələri üzrə cinayət törədilməsi ittihamı irəli sürülüb”, – deyə məlumatda bildirilib.
Agentliyin mənbəyi əlavə edib ki, keçmiş deputat bir neçə il əvvəl Rusiyada terrorçu kimi tanınan bir təşkilatın fəaliyyətində iştirak edib. O zaman Ediqarev həbs edilib.
Bundan əlavə, o, 2023-cü ilin may ayında terrorizmə açıq çağırışlara görə cəza çəkib./Oxu.az