ain.az bildirir, Newscenter.az portalına istinadən.
İran molla rejimi öz əqrəb xislətini gizlədə bilmədi. Bu xislət elədir ki, öldüyünü bildiyi halda xasiyyətini dəyişmir. Azərbaycana qarşı düşmənçilik bu rejimin genidədir. Azərbaycan nə qədər də özünü sakit və təmkinli aparmaq istəsə də mümkün olmadı. İran rejiminin Naxçıvana terror girişimi bütün tarazlıqlar pozdu. İran tərəfdən bir güllənin belə Azərbaycan tərəfinə atılmasının geridönməz proseslərə start verəcəyini dəfələrlə qeyd etmişdik. Aqoniya halında olan rejimin son məqamda ətrafına saldıracağını da bilirdik. Ona görə də hamını təmkinli olmağa çağırmaqla bu həssas məqamda təhrikedici addımlar atmamaq yolunu tutsaq da, İran rejimi bunu başa düşmədi. Bundan sonra Azərbaycan tərəfinin günün birində tarixi addımı atacağı kimsədə şübhə doğurmamalıdır. Bu tarixi prosesin sonu bəllidir. İran rejimi iflas edəcək. Praktiki olaraq onun ayaqda qalması mümkün deyil. Çünki aldığı yaralar ölümcüldür. Azərbaycan dövləti isə hər iki tayın azərbaycanlılarının taleyini fikirləşməyə məcburdur. Bu isə Bütöv Azərbaycan deməkdir. Azər Qasımov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.