AZ

ABŞ: Yaxın Şərqdən 24 minə yaxın amerikalı təxliyə edilib » AzadMedia.az

ABŞ:


ABŞ Dövlət Departamenti bildirib ki, İranla müharibənin başlanmasından sonra – 28 fevral tarixindən etibarən Yaxın Şərqdən təxminən 24 min ABŞ vətəndaşı ölkəyə qaytarılıb.

Bu barədə Dövlət katibinin müavini Dilan Conson məlumat verib. Onun sözlərinə görə, yüzlərlə amerikalı xüsusi çarter reysləri ilə ABŞ-a çatdırılıb və yaxın günlərdə təhlükəsizlik vəziyyətindən asılı olaraq əlavə uçuşlar da planlaşdırılır.
Rəsmi qeyd edib ki, regionda kommersiya uçuşlarının sayı da tədricən artır və Yaxın Şərqin bir çox ölkəsindən mülki aviareyslərlə çıxış imkanları mövcuddur.

Consonun sözlərinə görə, açıqlanan 24 min nəfər yalnız birbaşa ABŞ-a qayıdan vətəndaşları əhatə edir. Yəni regionu tərk edərək başqa ölkələrə gedən amerikalılar bu rəqəmə daxil deyil.

ABŞ prezidenti Donald Tramp da sosial şəbəkədə yazdığı paylaşımda bildirib ki, Vaşinqton Yaxın Şərqdən minlərlə amerikalını “səssiz, lakin fasiləsiz şəkildə” təxliyə edir. Onun sözlərinə görə, əməliyyat təhlükəsizlik baxımından diqqətlə həyata keçirilir.

Seçilən
96
1
azadmedia.az

2Mənbələr