AZ

“Elçe”nin hücumçusu cinsi təcavüzə görə 10,5 il həbs cəzası ilə üzləşib

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Elçe”nin hücumçusu Rafael Mir 10,5 il həbs cəzası ilə üzləşib.

İdman.Biz-in “Marca”ya istinadən məlumatına görə, futbolçu cinsi və fiziki zorakılıqda ittiham olunur.

Müstəntiqlərin sözlərinə görə, futbolçu cinayəti 21 yaşlı qadına qarşı evində törədib. Nəşr bildirir ki, İspaniya prokurorları cinsi təcavüzə görə doqquz il həbs cəzası, fiziki və emosional zorakılığa görə isə 18 ay cəza tələb edir. Bundan əlavə, prokurorluq zərərçəkmiş üçün 64.000 avro təzminat tələb edir.

Rafael Mir əvvəllər 2024-cü ildə bu iş üzrə həbs olunmuşdu, lakin ifadə verdikdən sonra azadlığa buraxılmışdı. O vaxt Mirin evində olan və başqa bir qadına qarşı qanunsuz hərəkətlər edən digər futbolçu Pablo Xara da təqsirləndirilənlər arasındadır.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
142
1
icma.az

2Mənbələr