AZ

Türkiyə nəhənglərinin istədiyi Qrizmann seçimini etdi

Adı Türkiyə nəhəngləri ilə hallanan Antuan Qrizmann karyerası ilə bağlı qərar verib. Metbuat.az xəbər verir ki, “Atletiko Madrid”dən ayrılaraq MLS-ə transfer olacağı deyilən futbolçunun qərarını dəyişdiyi məlum olub. Bildirilir ki, o, “Atletiko Madrid”də qalmaq qərarına gələrək kubok qazanmaq istəyir. Buna görə də, veteran hücumçu ABŞ-yə transfer olmaq prosesini təxirə salıb. Məlumata görə, futbolçunun qərarını dəyişməsinə səbəb “Atletiko Madrid”in Kral Kubokunun finalına yüksəlməsi olub.

Qeyd edək ki, Antuan Qrizmannın adı “Fənərbaxça” və “Qalatasaray”la hallanıb.

Seçilən
112
metbuat.az

1Mənbələr