AZ

Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri: Mülki infrastrukturun hədəf alınması qəbuledilməzdir  

Martın 6-da Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Muhi Əl-Din Salem Ahmed Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, telefon danışığı zamanı nazir Ceyhun Bayramov martın 5-də İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı dron hücumları həyata keçirdiyini bildirib. C.Bayramov bunun mülki infrastruktur və şəxslərə zərər verdiyini qeyd edib, dron hücumlarının suverenliyimizə və ərazi bütövlüyümüzə zidd olduğunu vurğulayıb.

İran İslam Respublikasından qeyd olunan hücuma aydınlıq gətirilməsini, izahat verilməsini, üzrxahlıq edilməsini, bu kimi halların təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görülməsini tələb etdiyimiz Sudan tərəfinin diqqətinə çatdırıb.

Nazir Muhi Əl-Din Salem Ahmed bu hücumlardan narahatlıq ifadə edib, mülki infrastrukturun hədəf alınmasının qəbuledilməz olduğunu bildirib.

Nazirlər, həmçinin iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Seçilən
42
10
azerbaijan-news.az

10Mənbələr