AZ

Cüdoçumuz Linz Qran Prisində qızıl medal qazanıb

ain.az bildirir, Apasport portalına istinadən.

Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirinə start verilib.

Apasport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan milli komandasının bir üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

66 kq çəki dərəcəsində mübarizə aparan Ruslan Paşayev qızıl medal qazanıb. Cüdoçumuz finala gedən yolda ardıcıl olaraq İsrail təmsilçisi Eran Fiksə, serbiyalı Matiya Yeremiçə, eləcə də ispaniyalı Adrian Nieto Çinarro və David Qarsiya Torneyə qalib gəlib.

Ruslan Paşayev həlledici görüşdə braziliyalı Ronald Limanı qızıl xal bölümündə tsubame-qaeşi fəndi ilə məğlub edərək çempion olub.

Qeyd edək ki, Azərbaycan millisi Linzdə keçirilən turnirdə 7 cüdoçu ilə təmsil olunur.

Abşeronda kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib

U-17 yeniyetmələr arasında "İstedadların seçimi" yarışının II turu keçiriləcək

Azərbaycan cüdo yığması Linzdəki Qran-Pri turnirində 7 idmançı ilə təmsil olunacaq

Bakıda cüdo üzrə Liqa yarışının I turu keçiriləcək

Kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
75
2
apasport.az

3Mənbələr