AZ

Xətai rayonunda obyekt səkini zəbt edib – Sakinlərdən ŞİKAYƏT – VİDEO

Əvvəl tikdilər, sonra sökdülər. Sonra yenidən tikdilər və yenə sökdülər. Düz 8 ildir paytaxtın Xətai rayonu Sarayeva küçəsindəki səkinin üzərində obyekt tikilir, sonra elə səkini zəbt etdiyinə görə müvafiq qurumlar tərəfindən sökülür.

NOCOMMENT.az xəbər verir ki, sakinlər iddia edirlər ki, əvvəl adıçəkilən ünvanda dönərxana fəaliyyət göstərib. Sonradan obyektin ərazisinin genişləndirilməsi onların narazılığına səbəb olub.

Sakinllər deyirlər ki, Sarayeva küçəsində piyada səkiləri müxtəlif iaşə obyektləri tərəfindən illərdir zəbt olunub.

Sökülən obyektin sahibi ilə də görüşdük. Müsahibədən imtina edən sahibkar obyektinin sənədlərinin olduğunu desə də, təqdim etməkdən imtina etdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
65
1
nocomment.az

2Mənbələr