AZ

PSJ evdə uduzdu: Monako dan sensasion qələbə VİDEO

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Fransa Liqa 1-in 2025/2026 mövsümünün 25-ci turu çərçivəsində PSJ ilə Monako komandaları arasında keçirilən oyun başa çatıb. Qarşılaşma Paris şəhərində yerləşən "Park de Prens" stadionunda baş tutub. Matçın baş hakimi Rüddi Büke olub.

Görüşdə 3:1 hesabı ilə qələbəni qonaq komanda - "Monako" qazanıb.

Fransa çempionatının 25 turundan sonra PSJ 57 xalla turnir cədvəlinə başçılıq edir. "Monako" isə 40 xalla altıncı pillədə qərarlaşıb.

Növbəti turda Luis Enrikenin rəhbərlik etdiyi PSJ martın 15-də öz meydanında "Nant" komandası ilə qarşılaşacaq. "Monako" isə bir gün əvvəl "Brest" ilə oyuna çıxacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
102
oxu.az

1Mənbələr