AZ

Bakının bu ərazisində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq sürücülərə XƏBƏRDARLIQ

Sia Az saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı şəhəri, Nərimanov rayonu, Bağırov körpüsünün tunel hissəsində (Koroğlu metro stansiyası istiqamətində) aparılacaq təmizlik işləri ilə əlaqədar olaraq şəbəkə formalı üzlük daşlarının və səki daşlarının yuyulması planlaşdırılır. SİA xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

Qeyd olunub ki, bununla əlaqədar olaraq 7 mart saat 08:00-dan 8 mart saat 22:00-dək qeyd olunan ərazidə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq:

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, həmin ərazidə hərəkət zamanı diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur”.

Mətləb

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
161
18
sia.az

10Mənbələr